BAKI, 23 iyul. TELEQRAF

Ermənistan ordusunun əsgəri Narek Torosyanı intihar həddinə çatdırmaqda ittiham olunan hərbçilər həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Saxlanılanlardan biri, kiçik çavuş “səhlənkarlıqdan intihar həddinə çatdırma” maddəsi ilə ittiham olunur.

Ermənistan İstintaq Komitəsi bundan əvvəl Müdafiə Nazirliyinin hərbi hissəsində əsgərin ölümü barədə məlumat yaymışdı. Əsgər Narek Torosyanın ölümü ilə bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

Medianın məlumatına görə, əsgərlər Geqarkunik bölgəsində xidmət ediblər. Kiçik çavuş və sıravi əsgər Torosyanı dəfələrlə döyüb və təhqir edib, baş verənlər intiharla yekunlaşıb.