CƏLİLABAD, 23 iyul. TELEQRAF

Cəlilabad rayonunda 21 yaşlı gənc suvarma hovuzunda boğulub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən meyvə bağı ərazisində baş verib.

Rayon sakini, 2005-ci il təvəllüdlü Mahmudlu Kənan Natiq oğlu sərinləmək məqsədilə suvarma hovuzuna daxil olub.

Bir müddət sonra onunla eyni sahədə çalışan şəxslər gənci axtarmağa başlayıblar.

Axtarışlar nəticə vermədikdə əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən aparılan axtarışlar zamanı gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.