BAKI, 21 iyul. TELEQRAF

Qazaxıstan neftini daşıyan gəmilər son zamanlar hədəf alındığı üçün ölkə Rusiyanın Qara dənizdəki limanı vasitəsilə xam neft satmağı dayandırır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, daşıyıcı şirkətlərin terminala tanker göndərməkdən ehtiyat etməsi səbəbindən Novorossiysk limanındakı CPC Terminalı boru kəməri ilə xam neft qəbulunu dayandıracaq.