BAKI, 23 iyul. TELEQRAF

Rusiya Ukrayna müharibəsinin nizamlanması üzrə danışıqlar üçün açıq qalmağa davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsmisi qeyd edib ki, Moskva ABŞ-dən olan nümayəndələrin paytaxta gələrək münaqişənin nizamlanması üzrə ünsiyyəti davam etdirəcəklərini gözləyir:

"Ukraynanın nizamlanması üzrə təmaslar davam edir, lakin hazırda prosesin sürətləndirilməsindən danışmaq olmaz".