BAKI, 27 aprel. TELEQRAF
2025-ci ildə Energetika Nazirliyinin gəlirləri 23 milyon 120 min 653,16 manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Nazirliyin 2025-ci il üzrə maliyyə fəaliyyəti haqqında hesabatda qeyd edilib.
2024-cü illə müqayisədə nazirliyin gəlirləri 5.36% artıb. Qurumun qeyri-birja əməliyyatlarında gəlirləri 22 milyon 861 min 421,3 manat olub. 2024-cü ildə nazirlik bu istiqamətdə gəlir əldə etməyib.
Ötən il qurumun sair gəlirləri isə 259 min 231,85 manat təkil edib.