BAKI, 27 aprel. TELEQRAF

"Camera Di Commercio İtalo-Azera" MMC, "Şərq Alpe-Adria Business Center" MMC və "Baltic Caspian Bridge" MMC-lər bu gündən ləğv olunduqlarını elan ediblər.

Teleqraf xəbər verir ki, hər üç şirkətin qanuni təmsilçisi Fərahim Rzayevdir.

Qeyd edək ki, 2009-cu ildə dövlət qeydiyyatına alınan "Camera Di Commercio İtalo-Azera" MMC və "Baltic Caspian Bridge" MMC-nin nizamnamə kapitalı 10 manatdır.

2010-cu ildə qeydiyyata alınan "Şərq Alpe-Adria Business Center" MMC-nin isə kapitalı 20 manatdır.