BAKI, 24 aprel. TELEQRAF

Cari ilin birinci rübündə Azərbaycan vətəndaşları Türkiyədə 174 daşınmaz əmlak alıblar. Bu göstərici 2025-ci ilin eyni ayı ilə müqayisədə 17.5% azdır.

Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin martında əazərbaycanlılar qonşu ölkədən 60 mənzil alıb. Ötən ilin eyni ayı ilə müqayisədə bu, 15.5% azalma deməkdir.

Martda Türkiyədə əcnəbilərə ümumilikdə 1361 ev satılıb. Xaricilərə mənzil satışı əvvəlki ilin eyni dövrünə görə 19.9% azalıb.

Ötən ay ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb (229). İkinci yerdə İran vətəndaşları qərarlaşıb – onlar Türkiyədən 130 ev alıb. Almaniya vətəndaşları isə ötən ay 84 mənzil alaraq üçüncü yerdə qərarlaşıblar.

Xatırladaq ki, ötən il azərbaycanlılar Türkiyədən 983 mənzil alıb. Eyni zamanda, 2025-ci ildə Türkiyədə erməniəsilli şəxslərə 3 ev satılıb.