BAKI, 24 aprel. TELEQRAF

Ötən istilik mövsümündə Rusiya Avropa İttifaqına boru kəməri ilə qaz tədarükünü 20% və ya 2,5 milyard kubmetr azaldıb.

Teleqraf bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) qaz bazarı hesabatına istinadən xəbər verir:

"Azalma ən çox 2025-ci ilin dördüncü rübündə müşahidə olunub. Bu da Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması ilə bağlıdır. Oktyabr-fevral aylarında Türkiyəyə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30% (və ya 3,7 milyard kubmetr) azalıb".

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, beləliklə, bu dövrdə Avropanın qaz tələbatında Rusiya boru kəməri qazının payı 8,5-dən 7 faizə düşüb.