BAKI, 3 fevral. TELEQRAF

Qubadlıda yerləşən yaşayış məhəlləsinin tikinti-quraşdırma işləri üçün 36,2 milyon manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bu barədə açıq tender elan edib.

Müsabiqənin qalibi olacaq şirkətə yaşayış məhəlləsinin tikintisi üçün 36 milyon 225 min 492,39 manat ödəniş ediləcək.

Qeyd edək ki, təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi martın 31-nə təyin olunub.