BAKI, 22 oktyabr. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Nikol Paşinyan əvvəllər sazişin 2031-ci ilə qədər imzalana biləcəyini söylədiyini xatırladıb. O, indi sənədin daha tez imzalanmasının mümkün olduğunu bildirib:
"Biz Azərbaycanla işləməliyik".