BAKI, 22 oktyabr. TELEQRAF
Rusiya və Ukrayna Belarus ərazisində həlak olan hərbçilərin cəsədlərinin mübadiləsini həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiya tərəfi Ukraynaya 252, Ukrayna tərəfi isə Rusiyaya 25 hərbçinin cəsədini təhvil verib.