BAKI, 22 oktyabr. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze Ermənistan Baş prokuroru Anna Vardapetyan ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş nazir Administrasiyası məlumat yayıb.

Görüşdə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq və müxtəlif sahələrdə səmərəli əməkdaşlıq müzakirə olunub. Ermənistan və Gürcüstan arasında hüquqi sahədə əməkdaşlığın və birgə səylərin, o cümlədən transmilli mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizə istiqamətində əməkdaşlığın vacibliyi vurğulanıb.

Söhbət zamanı ikitərəfli yüksək səviyyəli səfərlərin dinamikasına toxunulub, müntəzəm dialoqun münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyi qeyd edilib.