Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,54 faiz ucuzlaşaraq 3.9905 ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 2,29 % azalıb. Beləliklə, qazın meqavat-saatı 27.05 avro olub.