BAKI,11 dekabr. TELEQRAF

Qazaxıstanın Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna Ukrayna dronunun hücumundan sonra ölkənin neft hasilatındakı itkilər 480 min tona çatıb.

Teleqraf "TASS"a istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Erlan Akkenjenov jurnalistlərə açıqlamasında deyib.

Nazir hücumun hasilat səviyyəsinə təsir edib-etmədiyi barədə suala cavab verərkən “Əlbəttə” deyə bildirib və qeyd edib ki, XBKK-yə son hücumdan bu günə qədər ümumi istehsal itkisi 480 min ton təşkil edir.

O, ilin hasilat planı ilə bağlı isə planın tam şəkildə “yerinə yetiriləcəyini” vurğulayıb.