BAKI, 9 sentyabr. TELEQRAF

2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 40 sifarişçi qurum üzrə 374 layihə maliyyələşdirilib.

Teleqraf Hesablama Palatasına istiandən xəbər verir ki, layihələrin 135-i yeni, 239-u isə keçid layihəsi olmaqla, maliyyələşdirilən ümumi vəsaitin müvafiq olaraq 31,9%-i yeni, 68,1%-i isə keçid layihələrinə yönəldilib.

Maliyyələşdirilmiş layihələrdən 74-ü başa çatıb və onlara ümumilikdə 551,9 milyon manat vəsait xərclənib ki, bu da illik dövlət əsaslı vəsait qoyuluşunun 20,1%-ni təşkil edir. Qeyd edilir ki, bu göstərici əvvəlki illə müqayisədə 12,3% artım deməkdir.

Başa çatmış layihələrdə vəsait baxımından ən böyük pay 72,5% ilə nəqliyyat infrastrukturu sektoruna aid olub. Say baxımından isə başa çatmış layihələrin 41,9%-i avtomobil yolları, 18,9%-i təhsil infrastrukturu, 9,5%-i suvarma və irriqasiya işləri, 29,7%-i isə digər sahələri əhatə edib.