BAKI, 22 iyul. TELEQRAF

2025-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 17 milyard 95,6 milyon manat təşkil edib.

Maliyyə nazirliyindən Teleqraf-a verilən məlumat görə bu ötən ilin eyni dövrü ilə müqayisədə 1043,5 milyon manat və ya 6,5 faiz çoxdur.

Cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsi xərclərinin 10571,3 milyon manatı və ya 61,8 faizi cari xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 737,1 milyon manat və ya 7,5 faiz çox), 5496,8 milyon manatı və ya 32,2 faizi əsaslı xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 549,2 milyon manat və ya 11,1 faiz çox), 1027,5 milyon manatı və ya 6,0 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 242,8 milyon manat və ya 19,1 faiz az) sərf edilib.