BAKI, 25 iyun. TELEQRAF

Bakıda “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisinin ikinci günü başlayıb.

Teleqraf xəbər verir ki, tədbir “Bank və maliyyə ekosistemində yeni meyllər: innovativ həllər, Fintex və təhlükəsizlik” mövzusuna həsr edilib.

İkinci gündə əsas mövzular kibertəhlüksizlik və dələduzluğun qarşısının alınması, eyni zamanda ictimaiyyət üçün investisiya imkanlarının genişləndirilməsi olacaq.

Qeyd edək ki, sammitin ötən günündə Türk Dövlətlərinin Kredit Büroları Platformasının Yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.

Bundan əlavə Azərbaycan Banklar Assosiasiyası ilə Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında da Anlaşma Memorandumu imzalanıb.