BAKI, 24 iyun. TELEQRAF
“Samur” Abşeron Kanalının İstismarı İdarəsi Taxtakörpü Ceyranbatan Kanalında sürüşmə zonalaranın sementasiyası ilə bağlı Kür-Araz Şirkəti MMC ilə razılaşıb.
Teleqraf xəbər verir ki, müqavilənin dəyəri 1 milyon 60 min manat təşkil edir.
Müqavilə bir mənbə üzrə keçirilən satınalma nəticəsində bağlanıb. İşlərin icrasının bu ilin sonuna qədər tamamlanması proqnozlaşdırılıb.