BAKI, 24 iyun. TELEQRAF
Bakıda keçirilən “Fintex Summit”də Türk Dövlətlərinin Kredit Büroları Platformasının Yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.
Teleqraf xəbər verir ki, sənəd Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kredit bürolarının rəhbərləri arasında imzalanıb. Azərbaycan tərəfdən sənədi Kredit Bürosunun baş direltoru Elçin Həbibov imzalayıb.
Sənəd kredit hesabatlılığı sahəsində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsini nəzərdə tutur.
Bundan əlavə Azərbaycan Banklar Assosiasiyası ilə Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında da Anlaşma Memorandumu imzalanıb. bu sənədi Qazaxıstan Maliyyəçilər Assosiasiyasının İdarə Heyətinin Sədri Yelena Baxmutova və Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev imzalayıb.
.png)
.png)