BAKI, 24 iyun. TELEQRAF

Rəqmsal texnalogiyalar vasitəsilə maliyyə xidmətlərinə çıxışı olan mikro və kiçik sahibkarların sistemə inteqrasiyası olduqca vacibdir.

Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin Sədri Orxan Məmmədov “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisində çıxışı zamanı deyib.

"Bu eyni zamanda rəqəmsal savadlılığın artırılmasını tələb edir. Bundan əlavə ekoloji, sosial idarəetmə prinsiplərinin fintex sektoruna inteqrasiyası yeni tendensiyadır. Yaşıl fintex anlayışı formalaşmağa başlayıb".

Orxan Məmmədov bildirib ki, biznesin maliyyə əlçatanlığı qlobal çağırış olaraq qalmaqdadır:

"Beyənlxalq Maliyyə Koorporasiyasının 2025-ci ilin apreldə keçirdiyi COP Maliyyə Formunun sənədlərinə əsasən dünya üzrə kiçik və orta bizneslərin qarşılanmamış maliyyə tələbatı 5,7 trilyon dollardır. Eyni zamanda Dünya Bankının hesabatına əsasən KOB-ların maliyyə boşluğunun aradan qaldırılması orta gəlirli iqtisadiyyatlarda ümumi məhsuldarlığın 86% artımı ilə nəticələnə bilər".