BAKI, 20 iyun. TELEQRAF

Hazırda SOCAR Özbəkistanın "Qaraqalpaq" investisiya blokunda birgə geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını öyrənir.

Teleqraf xəbər verir ki bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən III Azərbaycan-Özbəkistan Regionlararası Forumunda bildirib.

Qeyd edək ki, 2019-cu ildə "BP Exploration”, SOCAR və “Uzbekneftegaz” arasında Özbəkistanda 3 investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılmasına dair saziş imzalanıb.

2016-cı ilin may ayında SOCAR və “Uzbekneftegaz” arasında neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində əməkdaşlığı nəzərdə tutan Memorandum imzalanıb.

Bundan başqa, 2017-ci ilin may ayında “ Uzbekneftegaz”, BP və SOCAR arasında Özbəkistanın investisiya bloklarında birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına, eləcə də yataqların işlənməsinə dair iki memorandum imzalanıb.