BAKI, 19 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında MDB ölkələrinə 653 milyon 80 min dollar dəyərində məhsul ixrac edilib.İxracın 5,94%-i MDB-dən reallaşdırılıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, MDB ölkələrindən idxalın dəyəri 2 milyard 713 milyon 146 min dollar olub. Ölkəyə idxalın məhz 27.23%-i MDB dövlətlərinin payına düşüb.

Hesabat dövründə dünyanın 161 ölkəsi ilə ticarət əməliyyatları aparılıb. Müqayisələr göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə MDB dövlətləri ilə ticari əlaqələr genişlənib.