BAKI, 17 iyun. TELEQRAF

2025-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz artaraq 5 milyard 680,2 milyon manat olub.

Teleqraf bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 298,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,7 faizini təşkil edib.

2025-ci ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 555,1 manatlıq və ya 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə nominal ifadədə 82,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.