.jpg)
BAKI, 22 may. TELEQRAF
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında qeyd edib.
Nazir bildirib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik. Xüsusilə avtomobil nəqliyyatı, dəmir yolu, aviasiya və Orta Dəhlizin inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi apardıq.