​BAKI, 13 may. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qurban bayramı ilə əlaqədar olaraq artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reyslərinin sayını artırır.

Şirkətdən Teleqraf-a verilən məlumata görə, bayram günlərini Qəbələdə keçirmək istəyən sərnişinlər üçün 6, 7, 8 və 9 iyun tarixlərinə əlavə reyslər təyin olunub. Həmin tarixlərə bilet satışına artıq start verilib.

Sərnişinlər biletləri www.ady.az rəsmi internet səhifəsindən, “ADY Mobile” mobil tətbiqindən və ya dəmiryolu kassalarından əldə edə bilərlər.