BAKI, 9 aprel. TELEQRAF

"Çinin Amerika mallarına cavab rüsumları beynəlxalq ticarət qaydalarını pozur".

Teleqraf xəbər verir ki, bunu "Fox News" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp qeyd edib ki, Çin tariflərin təsirini kompensasiya etmək üçün hiylə işlədir və valyuta ilə manipulyasiya edir. O, bunun qaydalara uyğun olmadığını da vurğulayıb.

Ağ Evin rəhbəri sonda qeyd edib ki, Çin aprelin 9-da qüvvəyə minməli olan 104% həcmində əlavə rüsumların ləğvi ilə bağlı razılığa gələ bilər.