BAKI, 8 aprel. TELEQRAF

ABŞ aprelin 9-dan Çindən gələn mallara 104% rüsum tətbiq etməyə başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Fox Business" nəşri məlumat yayıb.

Qeyd olunur ki, 104 faizlik tariflər Bakı vaxtı ilə 20:00-da qüvvəyə minib. Tariflərin artırılmasına səbəb kimi Çinin geri addım atmaması göstərilib.