BAKI, 19 mart. TELEQRAF

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "X" səhifəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasındakı telefon danışığı ilə bağlı yumoristik paylaşım edib.

Teleqraf xəbər verir ki, o, paylaşımında Ukrayna məsələsini “Kiyev kotleti” adlandırıb.

“Yemək masasında yalnız Rusiya və ABŞ-dir, menyuda yüngül qəlyanaltılar var: Brüssel kələmi, ingilis balığı və çipsləri, Paris xoruzu. Əsas yemək Kiyev kotletidir”, - Medvedev bildirib.