BAKI, 19 mart. TELEQRAF

"Müharibənin bu il ləyaqətli sülhlə başa çatacağına inanıram, amma bunun üçün təhlükəsizlik təminatları lazımdır".

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“İnanıram ki, bu il müharibə ləyaqətli sülhlə başa çata bilər, amma bunun üçün Ukraynaya mütləq təhlükəsizlik zəmanəti lazımdır. Əks halda, Putin yenidən müharibə ilə gələcək və əvvəldən onun məqsədi budur. Bu il Putinin hakimiyyətinin 25 ili tamam olur. Əslində hər il ya hardasa müharibə aparır, ya da başqa ölkələrin həyatını məhv edir. Biz xalqlarımızı bundan qorumalıyıq”, - Zelenski bildirib.