
BAKI, 19 mart. TELEQRAF
ABŞ-nin bir neçə milli təhlükəsizlik agentliyi Avropa İttifaqı ilə birgə Rusiyaya qarşı həyata keçirdiyi təxribat, dezinformasiya və kiberhücumlarda fəaliyyətlərini dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bu addım Moskva üzərindəki təzyiqi azaldır, çünki ABŞ Prezidenti Donald Tramp Rusiyanı Ukraynadakı müharibəni sona çatdırmağa çağırır.
Qeyd edik ki, keçmiş prezident Co Bayden ötən il ABŞ kəşfiyyatının Rusiyanın Qərb ölkələrinə qarşı kölgə müharibəsini şiddətləndirdiyi barədə xəbərdarlıqlarını nəzərə alaraq, milli təhlükəsizlik komandasına bu məsələnin izlənməsi üçün işçi qruplarının yaradılmasını tapşırmışdı. Bu plan Prezidentin Milli Təhlükəsizlik Şurası (NSC) tərəfindən idarə olunub və yeddi ABŞ təhlükəsizlik agentliyinin, Avropa müttəfiqləri ilə birlikdə, Avropa və ABŞ-yə yönələn təxribatları dayandırmaq məqsədilə işləməsini əhatə edib.