
BAKI, 19 mart. TELEQRAF
Səhər saatlarında saxlanılaraq polis idarəsinə aparılan Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu və 84 şübhəli ilə bağlı prosedurlara başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Məlumatda deyilir ki, hazırda polis idarəsində olan İmamoğlu və digəriləri burada tibbi müayinədən keçib.
Tezliklə bələdiyyə sədri və digərilərinin dindirilməsinin başlanacağı bildirilir.