BAKI, 19 mart. TELEQRAF

Fevralda Azərbaycana 18 milyon 737.06 min ABŞ dollar dəyərində 2 736.31 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, idxalın həcmi yanvar ilə müqayisədə 5,16 faiz artıb. Belə ki, yanvarda 18 milyon 106.29 min ABŞ dollar dəyərində 2 601.80 ton kərə yağı idxal edilib

Yanvar-fevral aylarında isə toplam 36 milyon 843.35 min ABŞ dollar dəyərində 5 338.11 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Fevral ayında idxal olunan kərə yağının bir kiloqramı təxminən 6,85 ABŞ dolları, milli valyutada isə 11 manat 64 qəpik təşkil edib.

Xatırladaq ki, ölkədə ötən ay yanvara nisbətən kərə yağının qiyməti 1,4 faiz bahalaşıb.