
GƏNCƏ, 19 mart. TELEQRAF
Gəncədə tibb müəssisəsinin qarşısında bıçaqlanma faktı qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Abbas Səhhət adına 1 saylı Poliklinikanın önündə baş verib.
Hadisə zamanı 1999-cu il təvəllüdlü Z.Rzayev baş və boyun nahiyyəsindən bıçaq xəsarəti alıb. Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.
Onun müalicəsi davam edir. İlkin məlumata görə, xəsarət alan şəxs tanımadığı biri tərəfindən bıçaqlanıb.