
BAKI, 19 mart. TELEQRAF
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına inanıram.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan deyib.
“Bu müqavilənin imzalanacağına inanıram, ümid edirəm ki, ən qısa zamanda sülh olacaq”, - nazir bildirib.
Ovannisyan gələcəkdə üçüncü ölkənin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində olmayacağını da söyləyib:
“Hesab edirəm ki, demarkasiya olunmuş sərhədimiz olsa, onda bəlkə də sərhədimizdə heç kimin olmasını istəməyəcəyik. Delimitasiya və demarkasiya prosesi sona qədər davam edəcək”.