TBİLİSİ, 19 mart. TELEQRAF

"Gürcüstan regionda sülhün möhkəmlənməsinə töhfə vermək məqsədilə Azərbaycan və Ermənistan arasında münasibətlərin dərinləşməsinə kömək edə bilər".

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Nyu Dehlidə “Raizina Dialoqu 2025” beynəlxalq konfransı çərçivəsində keçirilən panel müzakirəsində deyib.

XİN başçısı Gürcüstanın regionda davamlı sülhü dəstəklədiyini qeyd edib.

"Gürcüstan Azərbaycanla Ermənistan arasındakı sülh sazişini qətiyyətlə dəstəkləyir. Biz inanırıq ki, sülh və təhlükəsizlik sayəsində daha çox işlər görmək olar. Bölgəmizin potensialı yalnız ölkələrimiz arasında yaxşı əməkdaşlığın olacağı halda reallaşdırıla bilər", - M.Boçorişvili söyləyib.