
BAKI, 19 mart. TELEQRAF
Aprelin 24-də Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan avtomobil təsərrüfatına aid nəqliyyat vasitələri hərraca çıxarılacaq.
Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, hərracda 2013-cü il istehsalı olan 2 ədəd BMW markalı minik avtomobili, 2014-cü il istehsalı olan 10 ədəd BMW markalı minik avtomobili 67 500 manat start qiymətlə satışa çıxarılacaq.
Hərracda iştirak etmək üçün 10 faiz beh tələb olunur.
Qeyd edək ki, sözügedən nəqliyyat vasitələri 4-cü dəfədir ki, təkrar hərraca çıxarılır. Bundan əvvəlki hərrac martın 11-də keçirilmişdi. Bu dəfə isə satışda 25% endirim tətbiq edilib.