BAKI, 2 noyabr. TELEQRAF

“Panda Baby” MMC-də qeyri-qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satılması faktı aşkarlanıb.

Teleqraf xəbər verir ki, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şirkət barəsində protokol tərtib edib.

Məlumata görə, MMC İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi üzrə malın hesabına dair istehlakçıları az miqdarda aldadıb, bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndini pozub.