
BAKI, 24 fevral. TELEQRAF
Türkiyə Rusiya və Ukrayna arasında sülh danışıqları üzrə görüşlərə ev sahibliyi etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.
“Sülhün danışıqlar yolu ilə bərqərar olması üçün hər cür dəstəyi verməyə, (Rusiya və Ukrayna arasında) görüşlərə ev sahibliyi etməyə hazırıq. Bizim son məqsədimiz iki qonşumuz arasında davamlı sülhün bərqərar olmasıdır. Bölgədə sülh mühitinin yaranacağına inanırıq”, - nazir bildirib.
Həmçinin Hakan Fidan əlavə edib: “ABŞ-nin yeni təşəbbüsünə nəticəyönümlü yanaşma kimi böyük əhəmiyyət veririk”.