BAKI, 18 fevral. TELEQRAF
İsrail bu ilin yanvarında Azərbaycanın xam neft ixrac etdiyi ölkələrin ilk onluğuna düşə bilməyib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvarında isə İsrail bu siyahıya başçılıq edirdi. Ötən ilin ilk ayında İsrail Azərbaycandan 523 min 553 ton xam neft idxal etmişdi.
Bu ilin yanvarında isə siyahıya 1 milyon 687 min 729 ton idxalla İtaliya başçılıq edir.
Bu ilin yanvar ayında Azərbaycan 3 milyon 460 min 826,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.