BAKI, 18 fevral. TELEQRAF

Bu ilin yanvar ayında da Azərbaycanın ixracında əsas pay sahibi neft-qaz sektoru olub.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvarda ixracın 91,91 faizi (2 792 678.59 min ABŞ dolları) qaz-neft sektorun hesabına olub. Ondan 62.63 faizi (1 903 035.78 ABŞ dolları) xam neft və xam neft məhsullarının, 28.64 faizi (870 082.68 min ABŞ dolları) təbii qazın payına düşüb. Digər malların payı cüzidir.

Neft-qaz sektoruna daxil olmayan malların ixracda payı isə 8.09 faiz (245 775.73 min ABŞ dolları) olub.