
BAKI, 17 fevral. TELEQRAF
Azərbaycanın pomidor ixracı bu ilin yanvar ayında artıb.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk ayında 14 milyon 714.81 min ABŞ dolları dəyərində 13 min 40 ton pomidor ixrac edilib. Bu, 2024-cü ilin yanvarı ilə müqayisədə miqdar ifadəsində 1.4 min ton və ya 12 faiz çoxdur.
Pomidor Azərbaycanın 2025-ci il yanvar ayı ixracında 0.48 faiz, qeyri-neft sektoru üzrə ixracında isə 5.99 faiz paya malikdir.