BAKI, 20 fevral. TELEQRAF

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı artıb.

Teleqraf xəbər verir ki, bu ilin yanvar ayında 228 milyon 442 min dollar dəyərində Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 24 milyon 836 min dollar çoxdur.

Bu ilin ilk ayında 60,4 milyon dollar dəyərində 58 min 23 ton tərəvəz və meyvə ixrac edilib. İxracda önəmli pay sahibi məhsullardan biri də, metanol (metal spirti) olub. Ay ərzində 11 milyon 127 min dollar dəyərində 34 min 968 ton metanol ixrac edilib. Azərbaycan mənşəli məhsullardan azot gübrəsi də ixracda mühüm yer tutub. Belə ki, bu ilin yanvar ayında 21 milyon 44 min dollar dəyərində 73 min 492 ton azot gübrəsi ixrac edilib.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracı, yanvar 2025