
BAKI, 19 fevral. TELEQRAF
Azərbaycanda işsizlərin sayı artıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci il fevralın 1-nə Azərbaycanda qeydiyyata alınmış işsizlərin sayı 225,6 min nəfərə çatıb.
Bu, 2024-cü il fevralın 1-nə olan vəziyyətlə müqayisədə 7,7 min nəfər çoxdur.
İşsizlərin 48 faizini qadınlar təşkil edib. Həmçinin, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 441,4 manat olub.
Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5312,6 min nəfərdir, onlardan 5029,9 min nəfəri məşğul əhalidir.