
BAKI, 20 fevral. TELEQRAF
Azərbaycanın elektrik enerjisinin ixracından gəliri kəskin azalıb.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk ayında Azərbaycan 7 milyon 775.16 min dollar dəyərində 140 milyon 918.33 min kVt/saat elektrik enerjisi ixrac edib.
Bu, 2024-cü ilin yanvar ayı ilə müaqayisədə miqdar baxımından 354 milyon 201 min kVt/saat, dəyər baxımından isə təxminən 4 dəfə azdır.
2024-cü ilin yanvarında 28 milyon 756 min dollar dəyərində 495 milyon 119 min kVt/saat elektrik enerjisi ixrac etmişdi.