BAKI, 20 fevral. TELEQRAF

2024-cü ildə aqrar sektorda subsidiyaların ödənilməsi üçün ümumilikdə 362,5 milyon manat vəsait ayrılıb. Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, bu məbləğ 2023-cü illə müqayisədə 2,9 faiz və ya 10,1 milyon manat çoxdur.

Teleqraf xəbər verir ki, hesabat ilində əkin subsidiyası üçün 268,8 milyon manat, pambıq satışına görə 57,7 milyon manat, ərzaqlıq buğda satışına görə 11 milyon manat vəsait ödənilib.

Süni mayalanma yolu ilə alınan hər buzov üçün 10,3 milyon manat, sertifikatlı toxum və tinglərin satışına görə 5,6 milyon manat, təkrar əkinlər üçün 5,1 milyon manat subsidiya ayrılıb. Tütün satışına görə 1,46 milyon manat, barama satışına görə 1,37 milyon manat, şəkər çuğunduru satışına görə isə 918,4 min manat vəsait verilib.