BAKI, 19 fevral. TELEQRAF

"FASİLİTİ MENECMENT SOLUŞİONS VƏ SAPLAY" MMC ləğv olunduğunu elan edib.

Teleqraf Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Kreditorlar iki ay ərzində tələblərini 0118 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39, mənzil 114 ünvanına bildirə bilərlər.

"Facility Management Solutions & Supply" MMC (FMSS) müxtəlif sənaye sektorlarında binalara texniki-təsərrüfat xidməti göstərilməsi və ehtiyat hissələri və məsrəf materialları ilə təchizat sahəsində ixtisaslaşıb. Şirkət 2009-cu ildən fəaliyyət göstərirdi.

Qeyd edək ki, fevralın əvvəlindən bu yana 50 şirkət ləğv olunub.