BAKI, 19 fevral. TELEQRAF

Ötən il xarici ölkələrdən satın alınmış damazlıq cücələrin sayı bəlli olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə özəl damazlıq təsərrüfatları 5 milyon 747 min 564,1 manat dəyərində 612 min 276 baş damazlıq cücə idxal ediblər.

Bu, 2023-cü illə müqayisədə 154 min 415 baş çoxdur.

Bir başın orta alış qiyməti 9,39 manat olub.

İdxalın artmasının səbəblərindən biri Azərbaycanda müasir damazlıq bazasının az olmasıdır.