BAKI. 17 fevral. TELEQRAF

Bu ilin yanvar ayında Azərbaycan 870 milyon 82,68 min ABŞ dolları dəyərində 2 milyard 338 milyon 620,78 min kubmetr həcmində təbii qaz ixrac edib.

Teleqraf xəbər verir ki, Dövlət Gömrük Komitəsinin statistikasına görə, ixrac edilən təbii qazın həcmi 2024-cü ilin yanvarı ilə müqayisədə 21,05%, dəyəri isə 17,6% çoxdur.

Təbii qazın Azərbaycanın ümumi ixracında payı 28,64% olub.