BAKI, 17 fevral. TELEQRAF

Azərbaycan ötən il təbii qaz idxalını azaldıb.

Teleqraf xəbər verir ki, Azərbaycan 2024-cü ildə 546 milyon 819.58 min kubm. təbii qaz idxal edib.

Bu, 2023-cü illə müqayisədə 4 dəfədən çox azalma deməkdir.

2023-cü ildə 2 milyard 332 milyon 254.05 min kubm. təbii qaz idxal edilmişdi.

Azərbaycan ötən il təbii qazı Rusiya (141647.86 min kubm.) və Türkmənsitandan (405171.73 min kubm.) idxal edib.