![](https://teleqraf.az/storage/2023/02/14/715x378/zaxarova.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Kiyev hakimiyyətinin əsl məqsədi Ukraynanı ruslardan təmizləmək və bu ərazilərdə anti-Rusiya mövqeyi qurmaqdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Ukraynada hakimiyyətə gələn neonasist azlığın və onların Qərb himayədarlarının əsl məqsədi onlara keçən geniş Ukrayna SSRİ ərazilərini ruslardan təmizləmək və burada anti-Rusiya mövqeyi qurmaqdır", - diplomat qeyd edib.